Daşınmaz əmlak bazarında bahalaşma...
25.10.2022 [10:33]
Nə qədər davam edəcək?
Nicat PAŞA
Son bir neçə ayda ölkəmizin əmlak bazarında nəzərəçarpacaq dərəcədə qiymət artımları müşahidə edilməkdədir. Xüsusilə, paytaxt ərazisində yerləşən yaşayış binalarındakı mənzillərin qiyməti xeyli artıb. Mütəxəssislər bahalaşmaya səbəb kimi tikinti materiallarının, torpaq yerlərinin bahalaşmasını, eyni zamanda, geosiyasi prosesləri göstərirlər. Belə ki, ilin əvvəlindən başlayan Rusiya-Ukrayna münaqişəsi, eləcə də bir çox sahələrdə təklif edilən xidmət və məhsulların qiymətlərinin artması nəticə etibarı ilə paytaxtın mənzil bazarında qiymət artımına səbəb olan mühüm faktorlardır.
Maraqlıdır, sözügedən artım tendensiyası nə qədər davam edəcək? Daşınmaz əmlak bazarında stabilliyin bərqərar olması proqnoz edilirmi? Bahalaşmaya səbəb olan digər amillər nələrdir?
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, ötən ilki göstəricilərlə müqayisədə bu il daşınmaz əmlak bazarında qiymətlərdə təxminən 20-25 faiz fərq mövcuddur: “İlin əvvəlindən başlayan bahalaşma sentyabrdan sıçrayışlı artımla davam edir. Bahalaşmanın müxtəlif səbəbləri var. Birinci səbəb keçən ildən başlayaraq tikinti materiallarının qiymətlərinin artmasıdır. Digər tərəfdən, Azərbaycanda daşınmaz əmlaka olan tələb hər il artır. Başqa sözlə, tələb təklifi qat-qat üstələyir. Önəmli olan digər əsas məsələ isə köhnə binaların sökülməsi və onların yerinə tikilən yeni binalarda tikinti işlərinin başa çatdırılmamasıdır”.
R.Qasımzadənin sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi səbəbindən ölkəmizə xarici vətəndaşların axın etməsi də bahalaşmanı şərtləndirən əsas amillərdəndir: “Münaqişə səbəbindən əvvəlcə Ukrayna, ardından isə Rusiya vətəndaşlarının ölkəmizə axını başladı. Onlar da təbii ki, paytaxtda mənzil alırlar və bu amil də qiymət artımına ciddi təsir göstərir. Çünki xarici vətəndaşlar 100 min manat dəyərində mənzil əldə etdikləri təqdirdə bir illik yaşamaq hüququ əldə edirlər”.
Ekspert gələn ildən etibarən qiymətlərin daha da artacağını da istisna etmir: “Bina tikintisi ilə məşğul olan sahibkarlar ilə müzakirələr apardığımızda onlar paytaxt ərazisində torpaq qiymətlərinin də artdığını bildirirlər. Qeyd edilən məqam da çoxmənzilli binalarda tikintinin dəyərinə təsir göstərən əsas amillər sırasındadır. Beləliklə, torpaq bazarındakı qiymət artımı həmin torpaqların üzərində inşa edilən binaların qiymətlərinə təsirsiz ötüşmür. Hazırda qiymət təxminən 1500-1600 manatdırsa, ötən il bu göstəricilər 1200-1300 ətrafında idi. Sahibkarlar deyirlər ki, gələn il üçün təklif edəcəkləri qiymət 2000 manat ətrafında müəyyənləşəcək. Qiymətlərin bahalaşması, əməkhaqlarının artımı, iş və xidmətlərin qiymətlərinin bahalaşması, ümumiyyətlə, bütün digər sektorlarda müşahidə edilən qiymət artımları birbaşa olaraq tikinti sektorundan da yan keçmir”.
“Hesab edirəm ki, qiymətlərin artımı qaçılmazdır və bu, gələn ilə qədər davam edəcək. Növbəti ildə baş verəcək hadisələrə uyğun olaraq qiymətlərin necə dəyişəcəyini proqnoz etmək mümkün olacaq”, - deyə R.Qasımzadə fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

