Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunda lider ölkə
18.02.2022 [23:56]
Mübariz ABDULLAYEV
Azərbaycanın uğurlu inkişafı, müxtəlif sahələrdə qazandığı nailiyyətlər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. İndiyədək Davos İqtisadi Forumu, Dünya Bankı, BMT-nin ayrı-ayrı qurumları öz hesabatlarında Azərbaycanda iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi, biznes mühitinin optimallaşdırılması, infrastruktur təminatının gücləndirilməsi, şəffaflığın artırılması və digər məsələlərlə bağlı yüksək rəylərini bildiriblər. Qeyd edək ki, nüfuzlu reytinq agentliklərinin hesabatları vahid yanaşmalar, beynəlxalq səviyyədə qəbul olunan metodologiya və dəyərləndirmələr əsasında hazırlanır. Burada subyektivlikdən ümumiyyətlə, söhbət belə gedə bilməz. Bir neçə gün bundan əvvəl dünyaya nümunəvi inkişaf modeli təqdim edən respublikamızın ünvanına daha bir xoş xəbər gəlib. Ölkəmiz növbəti dəfə rəqəmsal və davamlı ticarətin asanlaşdırılması sahəsində yüksək qiymətə layiq görülüb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının 2021-ci il üçün Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Hesabatının yekun versiyasında bildirilib.
Təqdim olunan hesabata əsasən, Azərbaycan qiymətləndirilən meyarlar üzrə 100% üzərindən 86% toplayaraq bu sahədə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionuna liderlik edir. Respublikamızın BMT kimi nüfuzlu bir qurumun hesabatında yüksək qiymətə layiq görülməsi isə heç də təsadüfi deyildir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) innovativ layihəsi olan “Rəqəmsal Ticarət Qovşağı”nın rəhbəri Məsumə Talıbova bildirib ki, Azərbaycanın nəticələrinin 2015-ci ildən bu günə qədər olan dinamikasına nəzər yetirdikdə artım tempinin dayanıqlı olduğu nəzərə çarpır. BMT-nin tədqiqatı müxtəlif illəri əhatə edir. Tədqiqatın ilk ilində 48.39 nəticə göstərən ölkəmiz 2 il sonra ötən nəticəyə nisbətdə 56% artımla 75.27-ə yüksəldi, daha sonra isə 2017-ci ildə 9%, 2021-ci ildə isə 5% yüksəlişlə dayanıqlı artımı qorumağa nail olub. Sorğunun alt indikatorlarına nəzər yetirdikdə məlum olur ki, şəffaflıq (100%), rəsmi qaydalar (91,67%), institusional tənzimləmə və əməkdaşlıq (88,89%), kağızsız ticarət (85.19%), transsərhəd kağızsız ticarət üzrə (66,67%) yaxşı nəticələr əldə olunub. M.Talıbova xüsusilə vurğulayıb ki, 2019-cu il ilə müqayisədə 2021-ci ildə şəffaflıq indikatoru üzrə 7% irəliləyişlə maksimum nəticəyə, transsərhəd kağızsız ticarət indikatoru üzrə isə 33% artımla çox böyük irəliləyişə nail olunub.
Hesabatda ölkənin cari vəziyyəti ötən illərlə müqayisədə təsvir olunub. Hesabatda sözügedən irəliləyişlərə səbəb olan islahatlara dair ətraflı məlumatlar öz əksini tapıb. Belə ki, ölkə rəhbərliyi tərəfindən bu sahədə aparılan geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” dövlətimizin başçısının Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi, eyni zamanda, Azərbaycanın 20 fevral 2021-ci il tarixindən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması və bu sahədə aparılan digər islahatlar qlobal müstəvidə də ölkənin mövqeyinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini verib. İİTKM-nin digər innovativ layihələri olan Azexport.az portalı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən KOSM-lara göstərilən dəstək ticarət prosedurlarının sadələşdirilməsini təmin edib, şəffaflıq və kağızsız ticarət üzrə ölkənin mövqeyini yüksəldib. Hesabatda bu layihələrin də adı çəkilib.
Hesabatda ölkədə cari vəzyyətin qiymətləndirilməsinin həyata keçirilməsi ilə yanaşı, transsərhəd kağızsız ticarətin yaxşılaşdırılması məqəsdi ilə gələcək üçün tövsiyələr də təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

