/ / Baş nazirin müavini: 347 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti sahələrində aktiv fəaliyyət göstərir
Baş nazirin müavini: 347 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti sahələrində aktiv fəaliyyət göstərir
09.09.2025 [18:33]
Çinin Siamen şəhərində davam edən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) çərçivəsində “Bir kəmər, bir yol” beynəlxalq investisiya əməkdaşlığı mövzusunda tematik iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bir kəmər, bir yol” təşəbbüsü ölkələrinin investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair müzakirələrin aparıldığı iclasda çıxış edən Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev tədbirin ölkələrimizi bir-birinə daha sıx bağlayan, sərmayə və ticarət üçün konkret imkanlar yaradan nüfuzlu platforma olduğunu bildirib.
Baş nazirin müavini növbəti mərhələdə ticarət strukturunun daha da şaxələndirilməsi, eyni zamanda logistik xərclərin optimallaşdırılması ilə rəqabət qabiliyyətinin yüksəldilməsi hədəflərini vurğulayıb.
Şahin Mustafayev 1995-ci ildən Azərbaycana Çindən 942,3 milyon dollar həcmində birbaşa investisiya yatırıldığını, bununla yanaşı, Çin biznesinin ölkəmizdə geniş təmsil olunduğunu, ölkəmizdə 347 Çin şirkətinin sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərdiyini vurğulayıb.
Ş.Mustafayev Azərbaycanın xüsusi iqtisadi zonalarında, o cümlədən Ələt Azad İqtisadi Zonasında və ölkəmizin sənaye parklarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradıldığını deyib, bundan başqa, hökumətin Azərbaycanda əsas bərpa-quruculuq bölgələri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özəl investisiyaların cəlb edilməsini fəal şəkildə təşviq etdiyini bildirib.
“Sözügedən ərazilərdə, eləcə də müəyyən edilmiş xüsusi iqtisadi zonalar 10 ilə qədər vergi güzəştləri də daxil olmaqla qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq üçün vacib imkanlar yaradır. Bu kontekstdə cari ilin 22-23 sentyabr tarixlərində Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Forum Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmizi dayanıqlı ticarət və təchizat zəncirlərinin gələcəyini formalaşdıran açıq bir platforma kimi təqdim edəcək”, - deyə Şahin Mustafayev əlavə edib.
Baş nazirin müavini Azərbaycanın Avrasiyanın təbii körpüsü olduğunu, Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin “Bir kəmər, bir yol” təşəbbüsünün dayanıqlı hissəsini təşkil etdiyini vurğulayıb: “Ötən il Orta Dəhliz üzrə tranzit daşımalar 86 faiz, cari ilin yanvar-iyul aylarında isə 44 faiz artıb”.
Azərbaycan nümayəndə heyətinin Çinin “Hasee” və “Kinglong” şirkətlərinin rəhbərləri ilə görüşü olub.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

