Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Cəbrayıl Həsənov: İnanıram ki, idmançılarımız bu yarışlarda parlaq qələbələr əldə edəcəklər

Cəbrayıl Həsənov: İnanıram ki, idmançılarımız bu yarışlarda parlaq qələbələr əldə edəcəklər

01.05.2015 [10:08]

“Avropa ölkələrinin əksəriyyəti öz idmançıları ilə “Bakı-2015” ilk Avropa Oyunlarında təmsil olunacaq. Onların azarkeşlərini də bura əlavə etsək, demək ki, ölkəmizin təbliğatında birinci Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür”. Bunu qəzetimizə açıqlamasında Avropa çempionu Cəbrayıl Həsənov deyib. O, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün tamamilə yeni bir səhifə açır. Bu Oyunların müstəsna əhəmiyyəti olacaq. Düşünürəm ki, bu, həm də turizmin inkişafına böyük töhfə verəcək. Birinci Avropa Oyunları zamanı Bakıya gələcək əcnəbilər üçün Azərbaycanı görmək çox xoş olacaq və ona da əminəm ki, geri döndükdən sonra yenidən onlar Azərbaycana qayıdacaqlar. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanı inkişaf etmiş Avropa ölkələri sırasına aparan yoldur”.
Cəbrayıl Həsənov, həmçinin, idmançılarımızın yarışlarda parlaq qələbələr əldə edəcəyinə inandığını da bildirib. “Bu gün Azərbaycanda idmanın inkişafı üçün bütün şərait yaradılıb. Birinci Avropa Oyunları ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb və bizim hörmətli millət vəkilimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu Komitəyə rəhbərlik edir. Mükəmməl, zövqlə, dünya standartlarına uyğun şəkildə təşkilati işlər aparılır. Bütün bunlar bir daha bizə onu deməyə əsas verir ki, Azərbaycan bu tədbirə də böyük uğurla ev sahibliyi edəcək”.
Vüsalə

Paylaş:
Baxılıb: 1201 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30