Azərbaycan və Özbəkistan prezidentləri strateji əməkdaşlıq məsələlərini müzakirə etdilər
05.11.2021 [19:18]
Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev inauqurasiya günü ərəfəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə telefonla zəng edib.
yeniazerbaycan.com xəbər verir ki, söhbətin əvvəlində Azərbaycan Prezidenti Özbəkistan dövlətinin başçısını ölkə Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi təbrik edib, özbək xalqının əmin-amanlığının və firavanlığının təmin edilməsi işində ona uğurlar arzulayıb.
Özbəkistan lideri də öz növbəsində dövlətimizin başçısını və Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edib, sülh və tərəqqi arzularını çatdırıb. Dövlətimizin başçısı təbrikə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin və çoxplanlı əməkdaşlığın genişləndirilməsinin aktual məsələləri müzakirə edilib. Dövlət başçıları qarşılıqlı ticarət göstəricilərinin və iqtisadiyyatın müxtəlif sahələrində müştərək layihələrin sayının artmasının davamlı dinamikasını məmnunluqla qeyd ediblər. Uğurlu kooperasiya nümunələri kimi bu il Hacıqabul şəhərində avtomobillər istehsalına başlanması, kənd təsərrüfatı və ipəkçilik sahəsində layihələr qeyd edilib.
Bildirilib ki, gələn ay Bakı şəhərində Özbəkistanın milli sənaye sərgisi keçiriləcək. Hökümətlərarası komissiyanın və İşgüzar Şuranın növbəti iclaslarına hazırlıq gedir.
Nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən paytaxtlar arasında aviasiya reyslərinin bərpası məsələləri də nəzərdən keçirilib. Özbəkistan və Azərbaycan ərazisində müntəzəm olaraq birgə mədəni-humanitar tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.
Prezidentlər regional qarşılıqlı fəaliyyətin ən mühüm aspektləri, o cümlədən Türk Şurasının qarşıdakı Zirvə görüşünün gündəliyi barədə fikir mübadiləsi aparıblar. Yüksək səviyyədə görüşlərin qrafiki nəzərdən keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

