Dağlıq Qarabağ münaqişəsi həll olunmadan regionda heç bir irəliləyiş mümkün deyil
22.10.2009 [10:34]
Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması Cənubi Qafqazda sülh və sabitliyə ən ciddi təhlükədir. Rəsmi İrəvanın mütəmadi olaraq sərgilədiyi qeyri-konstruktiv mövqe 15 ildir ki, davam etdirilən danışıqlar prosesinin vaxtını uzatmağa yönəlib. Buna baxmayaraq, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ədalətin bərqərar olmasına çalışır və bu yöndə fəaliyyətini sonadək davam etdirəcək. Bu da bir həqiqətdir ki, ərazisinin 20 faizi işğal altında olmasına baxmayaraq, həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. İstər iqtisadiyyatın inkişaf səviyyəsinə görə, istərsə də digər sahələrdə ölkəmiz işğalçı Ermənistanı dəfələrlə üstələyir. Bunlarla yanaşı, ərazi bütövlüyünün pozulması faktı Azərbaycanın xarici siyasətinin ana xətti olaraq daim dünya birliyinin diqqətinə çatdırılır. BMT Təhlükəsiz Şurasının dörd qətnaməsinin və 2008-ci ildə BMT-nin 62-ci sessiyasında qəbul olunan “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” qətnamənin tələblərinə baxmayaraq, Ermənistanın öz işğalçı siyasətini davam etdirməklə beynəlxalq hüquq prinsiplərinə və mötəbər təşkilatların qərarlarına hörmətsizlik nümayiş etdirdiyi bütün tədbirlərdə qeyd olunur.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının yekunlarına həsr olunan geniş iclasında da bildirdiyi kimi, Ermənistanın qeyri-konstruktiv mövqeyi aparılan danışıqların nəticə verməməsinə səbəb olur: “Ermənistan tərəfi danışıqlar prosesində indi vaxt uzatmaq taktikasını tətbiq edir. Bu, yenilik deyildir. Danışıqların müxtəlif mərhələlərində biz bunu görmüşük. Bəzi hallarda həm biz, həm də məsələ ilə məşğul olan vasitəçilər bunu çox təəccüblə qarşılayırıq ki, bir il, ya üç il bundan əvvəl razılaşdırılmış məsələ yenidən, elə bil ki, yeni bir mövzu kimi ortalığa atılır. Bunun yeganə bir izahı ola bilər. O da qəsdən vaxtı uzatmaq. çünki Ermənistan tərəfi praktiki addımlar atmalıdır”.
Ermənistanın atmalı olduğu addım isə qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarından geri çəkməsi ola bilər. İşğalçı ölkənin nə istəməsindən asılı olmayaraq bu, münaqişənin yeganə ədalətli həll yoludur. O da məlumdur ki, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu vaxta qədər danışıqlar prosesində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli əsas prinsip kimi öz əksini tapıb: “Danışıqlar prosesində və müzakirə olunan məsələlərdə Dağlıq Qarabağa nə vaxtsa, lap 100 ildən sonra müstəqilliyin verilməsi, ümumiyyətlə, müzakirə olunmur və bu, heç vaxt olmayacaqdır. Ona görə biz çalışırıq ki, məsələ beynəlxalq birlik tərəfindən tanınmış norma və prinsiplər əsasında tezliklə həll olunsun. O da ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar. Bu da danışıqlar prosesində öz əksini tapan bir məsələdir”.
Dövlət başçısının vurğuladığı kimi, torpaqlar azad edildikdən sonra orada sülhməramlı qüvvələr yerləşdirilə və Dağlıq Qarabağın gələcək statusu müzakirə oluna bilər. Bu məsələlərin gerçəkləşməsi isə Ermənistanın konstruktiv mövqe nümayiş etdirəcəyi halda mümkün olacaq.
Bu gün Ermənistan blokada vəziyyətindədir və buna səbəb rəsmi İrəvanın işğalçı siyasət yeritməsidir. Azərbaycan torpaqları azad edilmədiyi təqdirdə bu vəziyyət davam edəcək. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanın bölgədə fəal iştirakı və dünyada artan rolu Ermənistana bu vəziyyətdən çıxmağa heç vaxt imkan verməyəcək. Regionun əsas problemi Dağlıq Qarabağ münaqişəsidir və bu münaqişə həll olunmadan, Ermənistanın bölgədə gedən proseslərə, görülən işlərə qatılması mümkün deyil. Bildiyimiz kimi, regionda gerçəkləşən bütün qlobal layihələr Azərbaycanla bağlıdır və Ermənistanın regional əməkdaşlıqda iştirak edib-etməməsi də Azərbaycandan asılıdır. Daha doğrusu, Ermənistan ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət göstərəcəyi təqdirdə hansısa dəyişikliyə nail ola bilər. Dövlət başçımızın da qeyd etdiyi kimi, əgər Ermənistan işğal olunmuş torpaqlardan çıxsa, Azərbaycan bütün kommunikasiyaları açmağa hazırdır və onda bölgədə sülh və əməkdaşlıq yarana, ölkələrin təhlükəsizliyi təmin oluna bilər.
Onu da qeyd etmək yerinə düşər ki, son illərdə Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət ayrılıb. Bu da təbiidir. çünki torpaqları işğal altında olan bir ölkənin ordusu daim yüksək hazırlıq səviyyəsində olmalıdır. Bu məsələni daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin də bildirdiyi kimi, ordu quruculuğunun inkişafı üçün bundan sonra daha böyük səylər göstəriləcək: “Bizim hərbi potensialımız gündən-günə güclənir. Azərbaycan Ordusu bu regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra bu potensialı daha da artırmalıyıq”.
Təkcə hərbi büdcəmizin Ermənistanın dövlət büdcəsinə bərabər olması, şərhə ehtiyacı olmayan bir göstəricidir. Lakin Azərbaycan hər zaman olduğu kimi bu gün də münaqişənin sülh yolu ilə həllinə tərəfdardır və aparılan danışıqlar da bunun göstəricisidir. İstənilən halda, ölkəmiz öz milli mənafelərini təmin etmək uğrunda bütün vasitələrdən istifadə edə bilər və Ermənistan, eləcə də onun havadarları anlamalıdır ki, Azərbaycan öz haqq yolundan dönməyəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxGündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27

