/ / Ermənistanda seçkiqabağı dövrdə həm iqtidar daxilində, həm də müxalifətdə parçalanma müşahidə edilir
Ermənistanda seçkiqabağı dövrdə həm iqtidar daxilində, həm də müxalifətdə parçalanma müşahidə edilir
09.05.2021 [00:35]
Ermənistanda siyasi qarşıdurma daha da güclənir. Erməni mətbuatı yazır ki, son hadisələr siyasi böhranın səngiməsinə o qədər də təsir göstərməyib. Belə ki, seçkilərdə iştirakını elan edən siyasi qüvvələr mövcud hakimiyyətin kənarlaşdırılmasını əsas hədəf seçərək yenidən kütləvi aksiyalara start verirlər.
Qeyd edək ki, seçkiqabağı blokların və ittifaqların formalaşması zamanı müşahidə edilən proseslər məğlub ölkənin böhrandan çıxa bilməyəcəyinə dəlalət edir. Bu durum, eyni zamanda, faşizm ideyalarının daşıyıcısı olan qüvvələrin Ermənistanın son məğlubiyyətindən nəticə çıxarmadıqlarını göstərir. Məsələn, faşist Qaregin Njdenin davamçıları və tərəfdarlarının təmsil olunduğu siyasi qüvvələr də hakimiyyətə can atır. Belə ki, millətçi təmayüllü “Daşnaksutyun” və “Yüksələn Ermənistan” partiyaları artıq rəsmən sabiq prezident Robert Koçaryanın rəhbərliyi altında seçkilərdə iştirakını elan edib.
Bu arada Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində müstəqil şəkildə iştirak edəcək. “Aysor.am”ın yazdığına görə, “Mənim addımım” parlament fraksiyasının rəhbəri Lilit Makunts bildirib ki, partiya rəhbərliyi artıq bununla bağlı qərar qəbul edib. Xatırladaq ki, “Mənim addımım” bloku “Vətəndaş müqaviləsi” və “Missiya” partiyalarından ibarətdir.
Qeyd edək ki, hakimiyyət daxilində ilk seçkiqabağı qalmaqal da baş verib. “AntiFake.am” saytı yazır ki, “Vətəndaş müqaviləsi” partiyasının ofisində “Yerkrapa” könüllülər birliyinin sədri Sasun Mikaelyan ilə ərazi idarəetmə və inkişaf naziri vəzifəsini icra edən Suren Papikyan arasında gərgin söhbət təhqirlərlə müşayiət olunan davaya çevrilib. Sayt yazır ki, bu insidentdə Paşinyanın qaynı Hraçya Hakopyan da iştirak edib. Bütün bunlar onu göstərir ki, seçkiqabağı dövrdə hakimiyyətdaxili parçalanma və qarşıdurma daha da güclənir.
Qeyd edək ki, bəzi ekspertlər növbədənkənar parlament seçkiləri zamanı ciddi qarşıdurmaların olacağını istisna etmirlər. “News.am” yazır ki, konstitusiya məhkəməsinin sabiq aparat rəhbəri Edqar Kazaryan seçkilərin cəmiyyətdə əlavə gərginliyə səbəb olacağını düşünür: “Toqquşmaların olacağını proqnozlaşdırıram. Çox təhlükəli proses gedir. İndiki məqamda bu prosesi yalnız parlamentin yeni baş nazir seçməsi dayandıra bilər”.
Qeyd edək ki, istefa verən Paşinyanın baş nazir vəifəsində qalmasına etiraz edən E.Kazaryan artıq neçə gündür ki, təkbaşına hökumət binası qarşısında etiraz aksiyası keçirir.
Yeri gəlmişkən, “Tert.am” isə yazır
ki, Serj Sarkisyanla ittifaqa razı olan “Vətən” partiyasının sədri Artur Vanetsyan müxalifətin pərakəndə şəkildə seçkiyə getməsini şərh erməkdən çəkinib. Eks-prezident L.Ter-Petrosyan isə müxalifətdəki parçalanmanın səbəbkarı kimi onun seçkilərdə ittifaq təklifini rədd edən sabiq prezident S.Sarkisyanı göstərib.
Göründüyü kimi, məğlub ölkədə həm iqtidar, həm də müxalifətin daxilində parçalanma müşahidə edilir. Ekspertlərin fikrincə, yaranmış vəziyyət onu göstərir ki, 20 iyun seçkiləri Ermənistanda ciddi toqquşmalara gətirib çıxara bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

