Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Orban: Avropa İttifaqı Macarıstana qarşı müharibə elan edib

Orban: Avropa İttifaqı Macarıstana qarşı müharibə elan edib

11.02.2026 [19:17]

Avropa İttifaqı (Aİ) və Ukraynanın yeni hərbi planı Macarıstana qarşı müharibə elanıdır.

AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, Brüssel elitasının rəsmi nəşri olan “Politico” Aİ və Ukrayna arasında son hərbi planı – “Ukrayna lideri Volodimir Zelenskinin beş maddəlik planı”nı dərc edib. Baş nazir bildirib ki, Brüssel Ukraynanın 2027-ci ildə Aİ-yə qəbul ediləcəyinə qərar verib.

“Bu yeni plan Macarıstana qarşı açıq müharibə elanı deməkdir. Onlar macar xalqının qərarını qulaqardına vururlar və Macarıstan hökumətini istənilən vasitə ilə devirmək istəyirlər”, - deyə Orban vurğulayıb.

Baş nazir hesab edir ki, Brüssel və Kiyev Macarıstanda müxalif Tisa partiyasının hakimiyyətə gəlməsini istəyir, çünki o, Avropa İttifaqının qərarlarına müqavimət göstərməyəcək.

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30