Azərbaycanın prinsipial mövqeyi və strateji baxışı
06.05.2026 [16:13]
2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi Zirvə Toplantısı”nın 8-ci toplantısında videobağlantı vasitəsilə çıxış edərək, qlobal siyasi gündəlikdə mühüm əhəmiyyət kəsb edən mesajlar səsləndirdi. Bu çıxış Azərbaycanın dəyişən beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, həmçinin Avropa ilə əməkdaşlıq perspektivlərini aydın şəkildə ortaya qoydu.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlara əsaslanan qərarlar qəbul edən və eyni zamanda beynəlxalq əməkdaşlığa açıq olan bir dövlətdir. Dövlət başçısı qeyd etdi ki, Avropa ilə qurulan münasibətlər qarşılıqlı maraqlar və etimad üzərində inkişaf edir. Bu münasibətlər yalnız iqtisadi və enerji sahəsində deyil, həm də siyasi və təhlükəsizlik sahələrində özünü göstərir.
Enerji təhlükəsizliyi məsələsi çıxışın əsas istiqamətlərindən biri kimi diqqət çəkdi. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji xəritəsində oynadığı mühüm rolu xüsusi vurğuladı. Bildirildi ki, ölkəmiz tərəfindən həyata keçirilən enerji layihələri Avropanın enerji təminatında sabitlik yaradır və alternativ mənbələrin şaxələndirilməsinə töhfə verir. Bu, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Bununla yanaşı, Prezident regional sülh və sabitlik məsələlərinə də geniş yer ayırdı. O qeyd etdi ki, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün real imkanlar mövcuddur və Azərbaycan bu prosesdə təşəbbüskar tərəf kimi çıxış edir. Sülh gündəliyinin irəli aparılması və qarşılıqlı etimadın qurulması istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməlidir.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və kommunikasiya layihələrinin əhəmiyyətinə də toxundu. Azərbaycanın geostrateji mövqeyi ölkəni Şərq ilə Qərb arasında mühüm tranzit qovşağına çevirib. Bu imkanlardan istifadə etməklə həyata keçirilən layihələr regionlararası əməkdaşlığın inkişafına və iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Eyni zamanda, dövlət başçısı beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın vacibliyini ön plana çəkdi. O vurğuladı ki, ikili standartlar və selektiv yanaşmalar qlobal etimadı sarsıdır və əməkdaşlıq mühitinə mənfi təsir göstərir. Bu baxımdan, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin vacibliyi xüsusi qeyd olundu.
Videobağlantı formatında reallaşan bu çıxış bir daha göstərdi ki, Azərbaycan müasir diplomatiyanın bütün imkanlarından istifadə edərək öz mövqeyini qətiyyətlə ifadə edir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin gələcək strateji hədəflərini və beynəlxalq əməkdaşlıq istiqamətlərini aydın şəkildə müəyyənləşdirir.
Beləliklə, “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin çıxışı ölkəmizin Avropa ilə münasibətlərində yeni dinamikanın formalaşdığını nümayiş etdirdi. Bu dinamika qarşılıqlı faydalı əməkdaşlıq, siyasi dialoq və regional sabitliyin təmin olunması istiqamətində mühüm perspektivlər vəd edir.
Sevinc Xəlilova
YAP Samux rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

