Güləşçilərimizin şanlı uğuru: Ölkə başçısının dəstəyi ilə idmaçılarımız Tiranada tarix yazdılar
01.05.2026 [12:53]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Güləşçilərimiz Albaniyanın paytaxtı Tiranada keçirilən builki Avropa Çempionatında sözün əsl mənasında tarix yazdılar. Ölkə başçısı cənab İlham Əliyevin Avropa çempionatında komanda hesabında qalib olan güləşçilərimizi qəbul etməsi ölkəmizdə idmanın inkişafına verdiyi xüsusi önəmin bariz nümunəsidir.
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan millisinin 6-cı dəfə Avropa çempionu olması güləşçilərimizin qitənin ən güclü olduqlarını bir daha təsdiqlədi. Yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız da Avropanın zirvəsini fəth etdi. Millimiz Albaniyada medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsinə imza atıb: 3 qızıl, 2 gümüş və 1 bürünc medal.
Bu, 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir. Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.
Bu, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. İdmançılarımız müxtəlif idman növləri üzrə Avropa, Dünya və Olimpiya oyunlarında, həmçinin nüfuzlu beynəlxalq yarışlarda qalib adını qazanaraq Azərbaycanın Bayrağının ən yüksəkliyə qaldırılmasına və Dövlət Himnimizin səsləndirilməsinə nail olurlar. Qalib güləşçiləri təbrik edən dövlətimizin başçısı bu qələbənin bizim hamımızı sevindirdiyini bildirdi.
Cənab prezident qeyd etdi ki, Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir: "Xüsusilə, nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir".
Onu da xüsusi vurğulamaq lazımdır ki, hazırda təcrübəli güləşçilərlə bərabər gənc güləşçilərimizin də böyük nəticələr əldə etməsi idmanın bu növünün sürətlə inkişaf etməsindən xəbər verir. Hər dəfə nüfuzlu turnirlərdə, Avropa, Dünya və Olimpiya oyunlarında Dövlət bayrağımız ən yüksəkliyə qaldırılanda və Dövlət Himnimiz səsləndiriləndə bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir.
Bu qələbə sevincini xalqımıza idmançılarımız bəxş edir və bu da, öz növbəsində, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
O da xüsusi vurğulanmalıdır ki, ölkəmizdə keçirilən idman yarışları idman növlərini daha da populyarlaşdırır. Bu sahədə bizim zəngin təcrübəmiz var və respublikamızda çox nüfuzlu beynəlxalq yarışlar keçirilib. Həm Avropa Oyunları, həm İslam Həmrəyliyi Oyunları, keçən il MDB Oyunlarının paytaxtda yox, bölgələrdə keçirilməsi Azərbaycanın reytinqli turnirlərin keçirilməsinə hazır olmasından xəbər verir. Dövlətimizin başçısı gələcəkdə də qızlarımızın qızıl medal qazanacaqlarına əminliyni ifadə edib.
Ölkə idmanının qızıl inkişaf dövrü birmənalı şəkildə Azərbaycan Prezidentinin adı ilə bağlıdır. Əminik ki, qarşıdakı illlərdə də idmançılarımız bizi tarixi uğurları ilə sevindirəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

