Berlin: ABŞ qoşunlarının Almaniyadan çıxarılması gözlənilmir
01.05.2026 [13:25]
Almaniya hökuməti ABŞ Prezidenti Donald Trampın Amerika qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı bəyanatlarına təmkinli yanaşır və bu istiqamətdə kəskin addımların atılacağını gözləmir.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu məsələyə toxunaraq, ABŞ-ın Almaniyadakı əsas hərbi obyektlərinin bağlanmasının gündəmdə olmadığını deyib. Onun sözlərinə görə, Almaniyadakı Ramştayn hava bazası, Landştuldakı hərbi hospital, Qrafenvörd təlim poliqonu və Ştutqartdakı qərargah həm ABŞ, həm də Almaniya üçün strateji əhəmiyyət daşıyır. “ABŞ bu obyektlərə ehtiyac duyur və onlar hər iki tərəfin təhlükəsizliyinə xidmət edir”, - deyə nazir vurğulayıb.
Y.Vadeful qeyd edib ki, Vaşinqtonun hərbi mövcudluğunu yenidən nəzərdən keçirməsi yeni məsələ deyil və ABŞ uzun müddətdir diqqətini Sakit okean regionuna yönəltmək niyyətini ifadə edir. Bu fonda Avropanın təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməsi vacib sayılır.
Almaniya Kansleri Fridrix Merts isə Almaniya-ABŞ münasibətlərinin əhəmiyyətini vurğulayaraq bildirib ki, Bundesver NATO çərçivəsində müttəfiqlərlə birlikdə ölkədəki strateji obyektlərdə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Donald Tramp Kansler Fridrix Merts ilə İran məsələsi ətrafında yaranmış qarşılıqlı tənqidlər fonunda “Truth Social” platformasında ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu azaltmaq imkanını nəzərdən keçirdiyini və qərarın yaxın vaxtlarda veriləcəyini açıqlayıb.
Ötən ilin sonuna olan məlumata əsasən, ABŞ-ın Avropadakı hərbi bazalarında yerləşdirilən 68 min hərbçidən 36 mini Almaniya ərazisindədir. Almaniyadakı Ramştayn bazası ABŞ-ın Birləşmiş Ştatlardan kənardakı ən böyük hərbi hava bazasıdır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

