Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bayram sonrası iş rejiminə necə uyğunlaşmalı? – psixoloq

Bayram sonrası iş rejiminə necə uyğunlaşmalı? – psixoloq

31.03.2026 [18:23]

Uzunmüddətli bayram tətilindən sonra iş rejiminə qayıdış bir çoxlarında uyğunlaşmaqda çətinliklərlə müşahidə olunur. Bu, daha çox sərbəst mühitdən yenidən strukturlaşmış işə keçidlə bağlı yaranan psixoloji prosesdir. Qeyri-iş günlərində yuxu rejiminin və fəaliyyət ritminin dəyişməsi nəticəsində insanların bioloji saatı müəyyən qədər pozulur. İşə qayıtdıqda bu ritmin əvvəlki formaya yuğunlaşması tələb olunur ki, bu da ilk günlərdə yorğunluq və iş tempinə uyğunlaşmaqda çətinlik kimi özünü göstərir.

Bu sözləri psixoloq Lamiyə Əhmədli-Şirinova AZƏRTAC-a açıqlamasında deyib.

O, həmçinin bu dövrdə mühüm psixoloji keçidin baş verdiyini vurğulayıb. “Tətil müddətində məsuliyyət və nəzarət hissi nisbətən azaldığı halda, işə qayıtdıqdan sonra planlama, diqqət və qərarvermə kimi icraedici funksiyalar yenidən aktivləşir. Bu səbəbdən motivasiyanın bir qədər aşağı düşməsi tamamilə normal hesab olunur”, - deyə psixoloq diqqətə çatdırıb.

Digər tərəfdən, Lamiyə Əhmədli-Şirinova fasilə dövründə yığılan işlərin çoxluğunun əlavə yüklənmə yaratdığını deyib: “Bu isə müvəqqəti olaraq məhsuldarlığın azalmasına səbəb ola bilər. Lakin bu vəziyyət adətən qısa müddətli olur və əksər hallarda bir neçə gün ərzində tədricən normallaşır”.

Onun sözlərinə görə, uyğunlaşma prosesini asanlaşdırmaq üçün işin ilk günlərində daha planlı yanaşmaq, prioritetləri müəyyən etmək, iş yükünü mərhələli şəkildə artırmaq və qısa fasilələrə yer ayırmaq faydalıdır. Bununla yanaşı, yuxu rejiminin bərpası və gündəlik ritmin stabilləşdirilməsi adaptasiya prosesini sürətləndirir. Umumilikdə, bu cür keçid dövrü normal və gözlənilən haldır və düzgün yanaşma ilə qısa müddətdə əvvəlki iş qabiliyyəti bərpa olunur.

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31