/ / Samuxda “Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq” mövzusunda dəyirmi masa keçirilib
Samuxda “Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq” mövzusunda dəyirmi masa keçirilib
11.03.2026 [17:10]
11 mart 2026-cı il tarixdə YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə “Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs müasir Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir.Müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulması, milli maraqların qorunması və dövlətçilik ənənələrinin inkişafı məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideologiyası bu gün də ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. G.Bayramov bildirib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib, ölkədə sabitlik və davamlı inkişaf təmin olunub.
Sonra YAP Samux rayon təşkilatının əməkdaşı Lalə Məmmədova “Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə azərbaycançılıq ideologiyasının xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Daha sonra məruzə ətrafında çıxış edən partiya fəalları Təhminə Nəsibova, Elvar Səfərov, Səmra Məsimzadə, Maral Orucova və Elnaz Cəfərova qeyd ediblər ki, Heydər Əliyevin siyasi irsi Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Çıxışlarda milli dövlətçilik ideyalarının möhkəmləndirilməsinin, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və azərbaycançılıq ideologiyasının təbliğinin bu gün də qarşıda duran əsas vəzifələrdən olması da xüsusi vurğulanıb. Sonda qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik və azərbaycançılıq ideyaları müasir dövrdə də öz aktuallığını qoruyur və bu ideyalar ölkəmizin gələcək inkişafında mühüm rol oynamaqda davam edir.
Xəbər lenti
Hamısına baxDünya
31 Mart 19:51
Dünya
31 Mart 19:15
Dünya
31 Mart 18:57
YAP xəbərləri
31 Mart 18:41
YAP xəbərləri
31 Mart 18:35
Sosial
31 Mart 18:24
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:22
Dünya
31 Mart 18:15
Dünya
31 Mart 18:06
Mədəniyyət
31 Mart 18:05
İdman
31 Mart 18:03
YAP xəbərləri
31 Mart 18:01
YAP xəbərləri
31 Mart 17:49
YAP xəbərləri
31 Mart 17:25
Dünya
31 Mart 17:23
YAP xəbərləri
31 Mart 17:01
Dünya
31 Mart 16:42
YAP xəbərləri
31 Mart 16:41
YAP xəbərləri
31 Mart 16:39
YAP xəbərləri
31 Mart 16:39
Elanlar
31 Mart 16:32
Dünya
31 Mart 16:12
Siyasət
31 Mart 16:12
YAP xəbərləri
31 Mart 16:05
YAP xəbərləri
31 Mart 16:00
Sosial
31 Mart 15:13
Dünya
31 Mart 15:11
Sosial
31 Mart 14:49
YAP xəbərləri
31 Mart 14:24
Sosial
31 Mart 14:16
İqtisadiyyat
31 Mart 14:08
İqtisadiyyat
31 Mart 14:07
YAP xəbərləri
31 Mart 14:04
YAP xəbərləri
31 Mart 13:46
Gündəm
31 Mart 13:31
Gündəm
31 Mart 13:20
Gündəm
31 Mart 13:12
Gündəm
31 Mart 13:09
Xəbər lenti
31 Mart 12:33
Sosial
31 Mart 12:32
İdman
31 Mart 12:32
İqtisadiyyat
31 Mart 12:31
İqtisadiyyat
31 Mart 12:31
YAP xəbərləri
31 Mart 12:25
Hadisə
31 Mart 12:22
YAP xəbərləri
31 Mart 12:20
YAP xəbərləri
31 Mart 12:00
Dünya
31 Mart 11:46
Dünya
31 Mart 11:19
Dünya
31 Mart 10:56
Sosial
31 Mart 10:52
Dünya
31 Mart 10:21
YAP xəbərləri
31 Mart 10:17
YAP xəbərləri
31 Mart 10:06
Dünya
31 Mart 09:42
Siyasət
31 Mart 09:31
Dünya
31 Mart 09:17
Gündəm
31 Mart 09:16
Dünya
31 Mart 08:50
Gündəm
31 Mart 08:34
Gündəm
31 Mart 08:33
Dünya
31 Mart 08:29
Dünya
30 Mart 23:15
Siyasət
30 Mart 23:05
Dünya
30 Mart 22:27
YAP xəbərləri
30 Mart 22:03
Sosial
30 Mart 21:19
Sosial
30 Mart 20:32

