Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanlı ailə İrandan təxliyə olunub

Azərbaycanlı ailə İrandan təxliyə olunub

11.03.2026 [13:53]

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan vətəndaşların təxliyəsi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti mərhələdə bir azərbaycanlı ailə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunaraq Azərbaycan ərazisinə daxil olub.

Ailə üzvləri sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

Ailə üzvləri təxliyə zamanı onlara göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirərək, Azərbaycan dövlətinə və prosesdə iştirak edən aidiyyəti qurumlara minnətdarlıqlarını ifadə ediblər.

Paylaş:
Baxılıb: 259 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31