Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti taxıl tədarükü həyata keçirilib

Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti taxıl tədarükü həyata keçirilib

11.03.2026 [11:23]

Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti taxıl tədarükü həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, 11 vaqondan ibarət, ümumi çəkisi 1023 ton (netto 770 ton) olan taxıl Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb. Yükün müəyyən olunmuş marşrut üzrə daşınması tranzit qaydalarına uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə ümumilikdə 22 min tondan çox taxıl göndərilib ki, bu da 320 vaqona bərabərdir. Bununla yanaşı, eyni marşrut üzrə 610 ton həcmində gübrə (9 vaqon) daşınması da həyata keçirilib.

Paylaş:
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31